Bank Of Baku

AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 28 avqust 2019 18:13 (UTC +04:00)

Avqustun 28-də Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101876S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 manat (6.26%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 093 600.00 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99.5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilən həcmi 100 000 000.00 manat təşkil edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR