Bank Of Baku

AMB sədri inflyasiyaya təsir edən əsas amillərdən danışıb

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

© APA | Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

# 31 iyul 2026 11:18 (UTC +04:00)

Ötən illərdəki kimi bu il də inflyasiya əsasən xarici və xərc təklif amillərindən təsirlənir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Xarici təklif amillərinə baxdıqda biz ilk növbədə ticarət tərəfdaşların orta çəkili inflyasiyasını qeydə alırıq. Mart ayının sonuna ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7,7% təşkil edib ki, bu isə bizim inflyasiyamıza 2,84% artıcı təsir göstərib.
Xərc təklif amillərinə gəldikdə burada əsasən kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi 2026-cı ilin iyun ayının nəticələrinə əsasən həmin indeks 3,8% artıb. Bu isə inflyasiyaya 1,6 faiz bəndi artırıcı təsir göstərib.
Tələb amillərinə baxdıqda isə burada dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Müvafiq olaraq mart ayının nəticələrinə əsasən illik əsasda 10,3 və 7,4% artım qeydə alınıb. Bu isə birlikdə inflyasiyaya 2 faiz bəndi artırıcı təsir göstərir. Digər amillər isə inflyasiyaya 0,67 faiz bəndi azaldıcı təsir göstərir. Mərkəzi Bankın yenilənmiş proqnozları göstəriri ki, 2026-cı ilin sonuna inflyasiyası 6,1%, 2027-ci ilin sonuna isə inflyasiya 5,8% səviyyəsində proqnozlaşdırılır. ”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR