Bank Of Baku

AMB yüksək gəlirlilik vəd edən investisiya portalları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

AMB yüksək gəlirlilik vəd edən investisiya portalları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
# 26 aprel 2023 16:58 (UTC +04:00)

Son zamanlar müxtəlif sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır. “Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB vətəndaşlara xəbərdarlıq edib. Mərkəzi Bank bunu nəzərə alaraq ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırıb.

Vurğulanıb ki, Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR