Bank Of Baku

AÖS-lə aparılan ödənişlərin həcmi 228 mln. manata çatıb

AÖS-lə aparılan ödənişlərin həcmi 228 mln. manata çatıb
# 21 dekabr 2021 17:17 (UTC +04:00)

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə bu ilin yanvar-noyabr aylarında həyata keçirilən ödənişlərin sayı 97 min, həcmi isə 228 mln. manat olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə noyabrda 29 mln. manatlıq ani ödəniş həyata keçirilib ki, bu da oktyabr ayı ilə müqayisədə 3,3% azdır.

Xatırladaq ki, AÖS-ün "AniPay" mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və "QR kod" nağdsız ödəniş imkanı bu il yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR