Bank Of Baku

Neft Fondu son bir ildə valyuta satışını 8,3% azaldıb

Neft Fondu son bir ildə valyuta satışını 8,3% azaldıb
# 03 sentyabr 2019 12:14 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 3 893,9 mln. ABŞ dolları məbləğində valyuta satıb.

"APA-Economics"in apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 350,7 mln. dollar və ya 8,3% azdır.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin iyul ayı ilə müqayisədə Fond tərəfindən avqustda satılan dolların həcmi 87,5% artıb. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu göstərici 11,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR