Bank Of Baku

"Atəşgah Sığorta"ya yeni sədr təyin edilib - EKSKLÜZİV

"Atəşgah Sığorta"ya yeni sədr təyin edilib - EKSKLÜZİV
# 12 aprel 2023 14:54 (UTC +04:00)

"Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, bu vəzifəyə sığorta şirkətinin keçmiş sədri Azər Əliyev şirkətdən ayrıldıqdan sonra onu müvəqqəti əvəz edən İH-nin üzvü Tahir Kazımov təyin edilib. Qeyd edək ki, o 1998-ci ildən “Atəşgah Sığorta”da çalışır. Bu ilin yanvar ayından etibarən İdarə Heyəti sədrini müvəqqəti əvəz edib.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR