Bank Of Baku

Auditorlar Palatası: Cinayət yolu ilə əldə olunmuş əmlaklardan istifadə halları tam aradan qaldırılmayıb

Auditorlar Palatası: Cinayət yolu ilə əldə olunmuş əmlaklardan istifadə halları tam aradan qaldırılmayıb
# 23 may 2023 11:46 (UTC +04:00)

“Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinq sistemini təkmilləşdirməklə səmərəli monitorinqlər aparıla bilər”.

APA xəbər verir ki, bunu Azərbaycanın ev sahibliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə ASOSAİ İşçi Qrupunun illik toplantısında Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

O bildirib ki, ekoloji və sosial hesabatlılığı özündə ehtiva edən strateji audit genişləndirilməlidir: “Müstəqil auditorların, habelə vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsini təşviq etməklə birgə vətəndaş auditləri aparılmalıdır. Həmçinin dövlət proqramlarının auditləri genişləndirilməlidir. Şəffaflıq probleminin həlli ön plana çəkilir. Ölkələrin 4-də üçü dayanıqlı büdcə şəffaflığını təşkil etmirlər. Bunların əksəriyyəti inkişaf etmiş və yüksək gəlirli ölkələrdir. Açıq hökumət proqramının icrası zəruridir. 2020-22-ci illərdə bu istiqamətdə Azərbaycanda müvafiq müsbət addımlar atılıb. Bununla belə, əldə edilən uğurlu nəticələrlə yanaşı, korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlak və onlardan istifadə halları tam aradan qaldırılmayıb”.

O qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı səylər birləşdirilməlidir: “Bu Milli Fəaliyyət Planında da əksini tapıb”.

Vahid Novruzov bildirib ki, bu sahədə iştirak edən qurumlar arasında əməkdaşlıq artırılmalıdır: “Dayanıqlı İnkişaf Məqsədlərinə mühüm əhəmiyyət kəsb edən nəzarət orqanlarının öz fəaliyyətini əlaqəli şəkildə qurması məsələsi Milli Fəaliyyət Planında əksini tapıb. Bu, diqqətçəkəndir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR