Avrozonada beynəlxalq malların ticarət defisiti 2021-ci ilin noyabr ayında 1,5 mlrd. avro təşkil edib. Halbuki 2020-ci ilin noyabr ayında profisit qeydə alınmışdı.
"APA-Economics"in məlumatına görə, bu barədə "Eurostat"ın açıqlamasında deyilir.
Bu, Avrozonada 2014-cü ilin yanvar ayından bəri qeydə alınan ilk ticarət kəsridir.
Avrozonanın ixracı noyabr ayında 225,1 mlrd. avro təşkil edib ki, bu da illik ifadədə 14,4% çoxdur. İdxal 226,6 mlrd. avro təşkil edib.
Noyabrda Avrozonadaxili ticarət 204,3 mlrd. avroya yüksəlib, bu göstərici əvvəlki ilin eyni ayı ilə müqayisədə 22,1% çoxdur.