Bank Of Baku

İstanbulda son 76 ilin yağıntı rekordu qeydə alınıb, 1 kvadratmetrə 240 kq yağış yağıb

İstanbulda son 76 ilin yağıntı rekordu qeydə alınıb, 1 kvadratmetrə 240 kq yağış yağıb
# 15 oktyabr 2026 11:52 (UTC +04:00)

İstanbulda yağan güclü yağış son 76 ilin yağıntı rekordunun qeydə alınmasına səbəb olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.

O bildirib ki, İstanbulun Beykoz rayonunda 1 kvadratmetrə 240 kq, Eyüpsultanda 186 kq, Sarıyerdə 178 kq, Maslakda 163 kq, Şişlidə 130 kq, Böyükçəkməcədə 120 kq, Üsküdarda isə 95 kq yağıntı düşüb.

Məlumata görə, hadisələr nəticəsində 2 722 nəfər xilas edilib, 2 nəfər həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Güclü yağışla əlaqədar məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR