Bank Of Baku

Avrozonada inflyasiya templəri 2008-ci ildən bəri maksimuma çatıb

Avrozonada inflyasiya templəri 2008-ci ildən bəri maksimuma çatıb
# 29 oktyabr 2021 16:56 (UTC +04:00)

Oktyabr ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 4,1% artıb ki, bu da 2008-ci ilin iyulundan bəri ən yüksək göstəricidir.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Statistika İdarəsinin açıqlamasında deyilir.

Ən yüksək qiymət artımı enerji daşıyıcıları (23,5%, sentyabrda 17,6% olub), xidmət sektoru (2,1%, sentyabrda – 1,7%), qeyri-enerji sənayesi məhsulları (2%, sentyabrda – 2,1%), ərzaq məhsulları, alkoqol və tütün (sentyabrda olduğu kimi 2%) məhsullarında qeydə alınıb.

Xatırladaq ki, Avrozonada istehlak qiymətləri avqustda illik ifadədə 3%, Aİ ölkələrində isə 3,2% artıb. Daha sonra Avrozonada inflyasiyanın səviyyəsi 2011-ci ilin noyabrından bəri maksimuma yüksəlib.

Qeyd edək ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Avstriya, Portuqaliya, Sloveniya, Slovakiya və Finlandiya daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR