Bank Of Baku

“Avtomobil yolları” Məqsədli Büdcə Fonduna daxilolmalar artıb

“Avtomobil yolları” Məqsədli Büdcə Fonduna daxilolmalar artıb
# 17 aprel 2023 18:15 (UTC +04:00)

2023-cü il 1 yanvar tarixinə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 18,9 milyon manat təşkil etmişdir. 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları 128,2 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş proqnozdan 43,2 milyon manat və 51% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, daxilolmaların 59,6%-ni və ya 76,5 milyon manatını idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu, 28,7%-ni və ya 36,8 milyon manatını yol vergisi, 10,4%-ni və ya 13,3 milyon manatını Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu, 1,3%-ni və ya 1,6 milyon manatını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR