Bank Of Baku

AYİB Azərbaycan üzrə investisiya portfelini 3%-dən çox artırıb

AYİB Azərbaycan üzrə investisiya portfelini 3%-dən çox artırıb
# 21 oktyabr 2022 09:40 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 884 mln.avroya (ödənilməmiş öhdəliklər daxil olmaqla) yüksəlib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 3,2% və ya 29 mln. avro artıb. İcra edilən layihələrin sayı isə 183-dən 184-ə yüksəlib.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (822 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (59 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (32 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,3% artaraq 818 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 184 layihə çərçivəsində 3,856 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,4 %-i (3,331 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR