“PAŞA Bank” ötən il Qarabağda fəaliyyət göstərən şirkətlərə ayırdığı kreditin həcmini açıqlayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev məlumat verib.
O bildirib ki, bank 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə ümumilikdə 132 milyon manat həcmində kredit ayırıb.
“Ümumilikdə bankın kredit portfeli ötən il 9% artaraq 2 milyard 279 milyon manata yüksəlib” - Cavid Quliyev əlavə edib.
Bank həmçinin, Qarabağda fəaliyyət göstərən dövlət və qeyri-dövlət şirkətlərinə 7 milyon manat ianə edib.