Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın tələbindən irəli gələrək, bu ilin iyunun 30-a Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
“APA-Economics”in MBNP-yə istinadən verdiyi məlumata görə, iyunun 30-na ölkədə fəaliyyət göstərən banklar tərəfindən kredit kartı vasitəsi ilə milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 23%, ABŞ dollarında 11%, digər xarici valyutalarda isə 15% təşkil edib.
Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi isə milli valyutada 23%, dollarda isə 13% olub.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 22% və 14%, avtomobil kreditlərinin isə 20% və 19% təşkil edib.
Digər istehlak kreditləri üzrə faiz dərəcəsi milli valyutada 24%, dollarla 6%, digər valyutalarda isə 10% olub.