Bank Of Baku

Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlir marjası 4% azalıb

Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlir marjası 4% azalıb
# 13 avqust 2025 12:50 (UTC +04:00)

Bu ilin I yarısında Azərbaycanda kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.27%, satış məzənnəsi isə 0.13% fərqli olub.

Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Beləliklə, Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6954 manatdan alıb, 1,7022 manata satıb. Banklar hər 100 dolların alqı-satqısından 68 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% azdır.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6950 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR