Bank Of Baku

Sumqayıtda 48 yaşlı kişi yaşayış binasının zirzəmisində yıxılıb, xəsarət alıb - VİDEO

Sumqayıtda 48 yaşlı kişi yaşayış binasının zirzəmisində yıxılıb, xəsarət alıb - VİDEO
# 05 oktyabr 2026 19:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1978-ci il təvəllüdlü Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən Z. Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR