Bank Of Baku

Azərbaycan BOKT-larının xalis mənfəəti 61% artıb

Azərbaycan BOKT-larının xalis mənfəəti 61% artıb
# 19 aprel 2023 17:04 (UTC +04:00)

2023-cü ilin ilk 3 ayında Azərbaycanda bank olmayan kredit təşkilatları(BOKT) 11.2 milyon manat xalis mənfəət əldə edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin ilk 3 ayı ilə müqayisədə bu göstəricinin həcmi 61.1% artıb.

Hesabat dövründə BOKT-ların faiz gəlirləri illik müqayisədə 44.4% artaraq 32.2 milyon manat, xalis faiz gəlirləri 39.8% artaraq 26 milyon manat, əməliyyat mənfəətləri isə 63.4% artaraq 14.3 milyon manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə bank olmayan kredit təşkilatları 900 min manat mənfəət vergisi ödəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR