Bank Of Baku

Azərbaycan İsrailin startap layihələrinə sərmayə yatıra bilər

Azərbaycan İsrailin startap layihələrinə sərmayə yatıra bilər
# 25 avqust 2021 10:30 (UTC +04:00)

Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin “OurCrowd” şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycan hökumətinin "OurCrowd" startap layihələrinə sərmayə yatırılmasını asanlaşdıracaq.

APA-Economics” xəbər verir ki, bu barədə İsrailin “OurCrowdun” kütləvi maliyyələşdirmə (Crowdfunding) investisiya şirkətinin baş direktoru Con Medved “EU Reporter”də dərc edilən məqaləsində yazıb.

Con Medved qeyd edib ki, tərəflər arasında imzalanan sənəd, həmçinin, “OurCrowd” tərəfindən Azərbaycanda fəaliyyət göstərən startapların inkişafını stimullaşdıracaq.

“Keçən ay, Tel-Əvivdə Azərbaycanın Ticarət və turizm ofisinin açılışı münasibətilə Azərbaycan İnvestisiya Şirkəti ilə anlaşma Memorandumu imzalayan ilk israilli iş adamı oldum. Bu müqavilə Azərbaycan hökumətinin "OurCrowd" startap layihələrinə sərmayə qoymasını asanlaşdıracaq, “OurCrowd” isə Azərbaycanda startapların inkişafını stimullaşdıracaq”, - deyə C. Medved vurğulayıb.

O, həmçinin, əlavə edib ki, imzalanan Memorandum sahibkarlığın qloballaşması istiqamətində atılan kiçik bir addımdır, Azərbaycan hökuməti innovativ investisiya inqilabının bir hissəsi olmaq fürsətindən məharətlə istifadə etdi.

“Biz Azərbaycanla maraqlanırıq, çünki bu ölkə İsrailin mühüm strateji müttəfiqinə və əsas neft tədarükçüsünə çevrilib. Azərbaycanın yəhudi icmasına isti münasibəti və İsraillə əlaqələri müsəlman və yəhudilərin yeni bir gələcək qurmaqda uğurla əməkdaşlıq edə biləcəyini nümayiş etdirir. Hökumətlə əlaqələr qrupumuza rəhbərlik edən Ori Sobovitz Azərbaycanla əməkdaşlığı vaxtında əldə edilən imkan olaraq dəyərləndirib. Azərbaycan daha əvvəl heç vaxt risk kapitalına sərmayə qoymayıb, suveren sərvəti olan, neft istehsal edən bir ölkədir. Belə ölkələr üçün İsrailin təcrübəsi yüksək texnologiyalı investisiyalarda ilk addımlarını atdıqları zaman faydalı istinad nöqtəsi kimi xidmət edir”, - deyə C. Medved yazır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR