“Azərbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatı(BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Azərbaycan Mikro-Kredit” BOKT 327 min 695 manat xalis zərər edib. 2021-ci ildə təşkilat 207.2 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə təşkilatın kredit portfeli 3.6 dəfə artaraq 6 milyon 888,5 min manat, faiz gəlirləri isə 3.5 dəfə artaraq 1 milyon 484,8 min manat təşkil edib. Faiz xərcləri 510,8 min manat olan təşkilatın xalis faiz gəlirləri 973,9 min manata bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 2.9 dəfə çoxdur. Eyni dövrdə inzibati və digər əməliyyat xərclərinin 2.4 dəfə artaraq 1 milyon 628.2 min manata çatması nəticəsində təşkilat 413.6 min manat əməliyyat zərəri edib.
2022-ci ildə təşkilatın cəmi aktivləri 3.5 dəfə artaraq 8 milyon 508.4 min manat, cəmi öhdəlikləri isə 6.6 dəfə artaraq 7 milyon 398.2 min manat təşkil edib. Aktivlərin 81%-ni təşkilatın kredit portfeli təşkil edib.
2023-cü il yanvar ayının 1-nə “Azərbaycan Mikro-Kredit” BOKT-un cəmi kapitalı 1 milyon 110,1 min manat olub ki, bu da illik müqayisədə 17% azdır.
Qeyd edək ki, “Azərbaycan Mikro-Kredit” BOKT səhmlərinin 100%-i Məmmədov Elmar Məmməd oğluna məxsusdur.