Bank Of Baku

“Azərbaycan Sənaye Bankı” 11% kiçilib, xalis mənfəəti kəskin azalıb

“Azərbaycan Sənaye Bankı” 11% kiçilib, xalis mənfəəti kəskin azalıb
# 20 aprel 2023 10:30 (UTC +04:00)

2023-cü ilin 1-ci rübündə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti illik müqayisədə 32.3% azalaraq 1 milyon 63 min manat təşkil edib.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-cü ilin birinci rübündə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1 milyon 569 min manata bərabər idi.

2023 -cü ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.3% artaraq 3 milyon 909 min manata, qeyri-faiz gəlirləri isə 40.2% artaraq 2 milyon 235 min manata yüksəlib.

Bu dövrdə bankın qeyri faiz xərcləri illik müqayisədə 40.2% artaraq 5 milyon 129 min manata yüksəlməsi ,“Azərbaycan Sənaye Bankı”nın əməliyyat mənfəətini 21.7% azaldaraq 1 milyon 15 min manata enməsinə səbəb olub.

Hesabat dövründə bankın kredit portfeli kiçilib. Belə ki, bankın müştərilərə verdiyi kreditlərin həcmi əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 238 milyon 109 min manat təşkil edib.

2023-cü ilin birinci rübündə bankın ümumi depozit portfelində ciddi azalma baş verib. Cari ilin birinci rübündə “Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17.8% və ya 90 milyon 211 min manat azalaraq 417 milyon 721 min manat təşkil edib.

Bu il “Azərbaycan Sənaye Bankı” kiçilib. 2023-cü 1-ci rübündə bankın cəmi aktivləri illik müqayisədə 11.3% və ya 91 milyon 782 min manat azalaraq 716 milyon 786 min manata enib. Öhdəliklərinin həcmi isə 13.6% azalaraq 608 milyon manat təşkil edib.

2023-cü il aprel ayının 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% artaraq 110 milyon 786 min manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR