Azərbaycan və Türkiyə maliyyə sektorları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün "Twitter" hesabında bildirib.
T. Kazımov əlavə edib ki, Türkiyə Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri də müzakirə edilib.