Azərbaycan və ABŞ maliyyəçiləri görüşəcəklər

Azərbaycan və ABŞ maliyyəçiləri görüşəcəklər
# 22 aprel 2024 18:05 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri başlayır.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.

Məlumata görə, səfər çərçivəsində Bankçılıq Missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlərin təşkil olunacağı da gözlənilir.

25 aprel tarixinədək davam edəcək missiyanın əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR