2023-cü ilin mart ayında Azərbaycana sürətli pul köçürmələri vasitəsilə banklara 157 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 28.2 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin mart ayına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 78.3 milyon manat artıb, ölkədən xaricə köçürmələr isə 50.9% və ya 29.2 milyon manat azalıb.