2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsi ilə 651.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 138.9 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel aylarına nisbətən Azərbaycana pul köçürmələri 25.4% və ya 221.3 milyon manat, ölkədən xaricə köçürmələr isə 44.8% və ya 112.3 milyon manat azalıb.