2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30.9% və ya 207.6 milyon manat, banklardan xaricə köçürmələr isə 26.2% və ya 45.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.