Bank Of Baku

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi gələn il 9 min manatı keçəcək - BVF

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi gələn il 9 min manatı keçəcək - BVF
# 15 dekabr 2021 15:13 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə, bu il Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 1,7% artacaq.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, sözügedən göstəricinin 2022-ci ildə 1,1%, 2023-cü ildə isə 0,5% artacağı proqnozlaşdırılır.

BVF qeyd edir ki, ölkədə əhalinin hər nəfərinə düşən nominal ÜDM-in həcmi bu il 8 785 manat, 2022-ci ildə 9 023 manat, 2023-cü ildə isə 9 120 manat təşkil edəcək.

Fonda görə, baza ili 2005-ci il götürülməklə isə əhalinin hər nəfərinə düşən real ÜDM-in həcmi bu il 2 893 manat, 2022-ci ildə 2 926 manat, 2023-cü ildə isə 2 941 manat təşkil edəcək.

Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 4,5% artıb. Adambaşına düşən nominal ÜDM-in həcmi isə 7 148 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR