Bank Of Baku

Azərbaycanda bank sektorunun xalis mənfəəti 54% artıb

Azərbaycanda bank sektorunun xalis mənfəəti 54% artıb
# 19 aprel 2023 14:22 (UTC +04:00)

Azərbaycan banklarının xalis mənfəəti 2023-cü ilin ilk rübündə 54% artaraq 267,9 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Bu dövrdə bankların əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən 32,5% artaraq 1102,9 milyon manata, əməliyyat xərcləri 28% artaraq 693,4 milyon manata yüksəlib, xüsusi ehtiyatlara ayırmaları 6,7% azalaraq 55,9 milyon manata enib. Nəticədə bank sektoru yanvar-mart aylarında 392 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4% artıqdır.

Sektorun mənfəət vergisi ödəmələri isə 64,3% artaraq 68,4 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR