Bank Of Baku

Azərbaycanda bankların aktivləri 10%-dən çox artıb

Azərbaycanda bankların aktivləri 10%-dən çox artıb
# 28 oktyabr 2025 09:57 (UTC +04:00)

2025-ci ilin oktyabr ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 138 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə 10.4% çoxdur.

Bankların aktivlərinin 29 276.3 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9.6% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 52.5%-dən 52.2%-ə enib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 9.9% artaraq 48 967.8 milyon manata, o cümlədən depozit portfeli 1.5% artaraq 36 587.8 milyon manata çatıb. Bunun 15 377 milyon manatı fiziki, 21 210.9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11%, şirkətlərin banklardakı vəsaitləri isə 4.5% artıb.

Bank sektorunun balans kapitalı isə 14% artaraq 7 170.2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR