Bank Of Baku

Azərbaycanda e-ticarətin həcmi tarixi maksimumu yeniləyib - QRAFİK

Azərbaycanda e-ticarətin həcmi tarixi maksimumu yeniləyib - QRAFİK
# 21 dekabr 2021 17:40 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 914 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord oktyabrda qeydə alınıb – 803 mln. manat.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici oktyabr ayı ilə müqayisədə 13,8%, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,7 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında isə əhali e-ticarət şəbəkəsində 6,132 mlrd. manat həcmində ödənişlər həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR