2024-cü ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 11190,3 milyon manat və ya hər nəfərə orta hesabla 1098,8 manat olub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri 9644,7 milyon manat təşkil edib.