2023-cü il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 38 mln. 596 min manat təşkil edib ki, bunun da 76.56%-i və ya 15 mlrd. 340 mln. 433 min manatı Bakı şəhərinin payına düşüb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinin payına düşüb. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 10.78%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.80% təşkil edib.
Hesabat dövründə ən bahalı kreditlər Mil-Muğan iqtisadi rayonuna (Beyləqan, İmişli, Saatlı, Sabirabad) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 215 milyon 839 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.89%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 20.03% olub.
| İqtisadi Rayonlar | Ümumi Kreditlər Min. Manat | Orta Faiz Dərəcəsi | Milli Valyutada Min. Manat | Orta Faiz Dərəcəsi! |
| Bakı iqtisadi rayonu | 15,340,433 | 10.78% | 11,500,474 | 12.80% |
| Naxçıvan iqtisadi rayonu | 316,903 | 13.75% | 316,280 | 13.76% |
| Abşeron-Xızı iqtisadi rayonu | 781,253 | 15.63% | 744,479 | 16.15% |
| Dağlıq Şirvan iqtisadi rayonu | 137,351 | 19.75% | 137,158 | 19.75% |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 608,243 | 16.91% | 588,390 | 17.29% |
| Qarabağ iqtisadi rayonu | 344,286 | 19.74% | 342,006 | 19.80% |
| Qazax-Tovuz iqtisadi rayonu | 372,997 | 18.42% | 363,701 | 18.73% |
| Quba-Xaçmaz iqtisadi rayonu | 354,984 | 17.33% | 337,636 | 17.87% |
| Lənkəran-Astara iqtisadi rayonu | 480,570 | 19.11% | 475,958 | 19.23% |
| Mərkəzi Aran iqtisadi rayonu | 404,642 | 18.89% | 401,244 | 18.99% |
| Mil-Muğan iqtisadi rayonu | 215,839 | 19.89% | 212,931 | 20.03% |
| Şəki-Zaqatala iqtisadi rayonu | 356,303 | 17.03% | 317,897 | 18.25% |
| Şərqi Zəngəzur iqtisadi rayonu | - | - | - | - |
| Şirvan-Salyan iqtisadi rayonu | 324,794 | 19.25% | 318,400 | 19.50% |