Bank Of Baku

Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar - SİYAHI

Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar  - SİYAHI
# 29 yanvar 2024 13:08 (UTC +04:00)

2024-cü il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 mlrd. 182.9 mln. manat təşkil edib ki, bunun da 76.5%-i və ya 17 mlrd. 736 mln. manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinin payına düşüb. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 11.09%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.96% təşkil edib.

Hesabat dövründə ən bahalı kreditlər Dağlıq-Şirvan iqtisadi rayonuna (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 160 milyon 180 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.68%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.70% olub

İqtisadi rayonlar Ümumi kreditlər Min manat. Orta faiz dərəcəsi Milli Valyutada verilən kreditlər Milli valyutada orta faiz dərəcəsi
Bakı 17,736,016 11.09% 13,542,611 12.96%
Abşeron-Xızı 848,675 15.88% 812,448 16.34%
Gəncə-Daşkəsən 707,165 16.71% 637,734 17.04%
Lənkəran-Astara 545,720 19.03% 543,750 19.07%
Mərkəzi- Aran 471,979 18.57% 468,714 18.65%
Şəki-Zaqatala 449,952 16.36% 385,267 18.02%
Qazax-Tovuz 437,732 18.38% 428,651 18.65%
Quba-Xaçmaz 409,847 17% 387,135 17.62%
Qarabağ 404,983 19.27% 403,622 19.31%
Naxçıvan 384,300 13.59% 383,825 13.60%
Şirvan-Salyan 376,807 18.71% 365,065 19.13%
Mil-Muğan 249,606 18.91% 247,424 19.02%
Dağlıq Şirvan 160,180 19.68% 159,883 19.70%

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR