Bank Of Baku

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
# 14 aprel 2023 10:45 (UTC +04:00)

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 131 mln. 378 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 123 mln. 977,9 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 49% və ya 43 mln. 254.6 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 17.1% və ya 18 mln. 113.4 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.3 dəfə artaraq 55 mln. 164.6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.7% artaraq 23 mln. 53.2 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-mart aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 41.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-mart aylarında 19.2 manata bərabər olub. Bu ilin yanvar-mart aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 18.6 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 20.8 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR