Bank Of Baku

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
# 22 may 2023 13:51 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 205 milyon 490 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 136 milyon 363,9 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 40.4% və ya 59 milyon 113.7 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.4% və ya 14 milyon 995.2 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 2.4 dəfə artaraq 71 milyon 538.6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 3.5% azalaraq 30 milyon 963,3 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-aprel aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 34.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-aprel aylarında 20.7 manata bərabər olub. Bu ilin yanvar-aprel aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22.7 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 26.4 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR