Bank Of Baku

Azərbaycanda içki şirkəti sahibinə 12 mln. manata yaxın dividend ödəyib

Azərbaycanda içki şirkəti sahibinə 12 mln. manata yaxın dividend ödəyib
# 09 yanvar 2025 16:51 (UTC +04:00)

Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co ASC sahibinə 12 mln. manata yaxın dividend ödəyib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, ASC yeganə səhmdarı olan Nəbiyev Elbrus Ənvər oğluna 2023-cü ildə 11 milyon 728 min manat məbləğində dividend ödəyib.

Qeyd edək ki, Elbrus Nəbiyev həmçinin, "Diadem" ASC tikinti şirkətinin əsas səhmdarıdır (75% pay).

Xatırladaq ki, A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR