Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq
# 09 may 2024 12:13 (UTC +04:00)

Azərbaycanın kapital bazarlarında proqnozlaşdırıla bilən institusional investor potensialı 2,5 milyard manat təşkil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" QSC-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf planında bildirilib.

Sənədə əsasən, institusional investorların kapital bazarları gözləntiləri araşdırılacaq və yatırım faəliyyətlərində zəruri dəstək göstəriləcək. Hər investor qrupu ilə əlaqə saxlamaqla onların yerli istiqraz bazarına marağını artıra biləcək faktorlar müəyyən olunacaq.

Eyni zamanda, institusional investor məlumatlılığının artırılması üçün banklar, sığorta şirkətləri, aktivlərin idarə olunması şirkətləri (potensial olaraq), pensiya fondları, ianə fondları, iri biznes qurumları daxil olmaqla bütün institusional investorların məlumat bazası yaradılması nəzərdə tutulur. Zəruri və faydalı bazar məlumatlarının və kapital bazarlarına sərmayə imkanları yeniliklərinin institusional investorlara mütəmadi olaraq çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR