Bank Of Baku

Azərbaycanda İT sektor üçün vergi güzəştləri tətbiq oluna bilər

Azərbaycanda İT sektor üçün vergi güzəştləri tətbiq oluna bilər
# 31 avqust 2021 16:47 (UTC +04:00)

Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştlərinin tətbiq olunması təklif olunub.

Sahə üzrə ekspert "APA-Economics"ə açıqlamasında qeyd edib ki, müzakirə predmetinə çevrilən bu məsələnin əsas məqsədi yerli şirkətlərin xarici bazarlarda rəqabət qabiliyyətliliyinin artırılması, onların yeni bazarlara çıxmasını təmin etməkdir. Ekspert, dövlət tərəfindən real olaraq bu sektorun inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

"Azərbaycanın İT sahəsinin potensialı çox yüksəkdir və yerli şirkətlərə xarici bazarlara çıxmaqları üçün şərait yaradılmalıdır. Bu gün Azərbaycan şirkətləri 20-dən çox ölkəyə yüksək texnoloji məhsul ixrac edirlər və bu ölkələrin sayının artırılması üçün böyük potensial mövcuddur. Söhbət təkcə vergi güzəştlərinin mövcudluğundan getmir. Məsələn, təcrübələr var ki, bəzi ölkələr (ABŞ, İsrail, Türkiyə, Cənubi Koreya və s.) fondlar vasitəsilə ölkələrə ekspansiya edirlər. Bu ölkələrə məxsus fondlar daxil olduqları ölkələrdə müxtəlif layihələrin icrasına qrantlar ayırırlar, daha sora isə öz şirkətlərinin axınını təmin edirlər. Azərbaycan da bu təcrübədən istifadə edə bilər", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə strategiya müəyyən edib. Söhbət ölkənin post-neft dövründə ixrac istiqamətlərindən biri olan yüksək texnologiyaların və innovasiyaların ixracının inkişaf etdirilməsindən gedir.

Qlobal araşdırmalar göstərir ki, yaxın 5 ildə elektron hökumət həllərinin bazar həcmi 5 dəfə artacaq. Yerli şirkətlərin əsas sifarişçi dövlət olduğuna görə, onlar bu sahədə daha çox ixtisaslaşıblar. Bu nöqteyi-nəzərdən sahə üzrə ixrac potensialının yaxşılaşdırılması ölkəyə valyuta axınının təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR