Azərbaycanda karqoya nəzarət mexanizmi gücləndirilir, idxal əməliyyatları həyata keçirən şəxslərin, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi və idxal olunan malların sifarişçilərinin, habelə idxal olunan malların saxlanması yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumat verilməməsi və müvafiq məlumatların vergi orqanlarına verilməməsinə görə məsuliyyət müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi ödəyicisinin vəzifələri sırasına “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək daxil edilir.
Vergi ödəyicisinin vəzifələri sırasına neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək də daxil edilir.
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllədə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidirlər.
İdxal edilmiş mallar barədə müvafiq məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Azərbaycanda karqoya nəzarət mexanizmi gücləndirilir, sanksiyalar müəyyənləşir
Maliyyə
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
“Atəşgah” Sığorta və Liv Bona Dea Hospital arasında əməkdaşlıq müqaviləsi imzalanıb
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər
Xəbər Lenti
Fransada 140 min nəfərin etiraz aksiyalarına qoşulacağı gözlənilir
Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub
Avropa Liqasında II tura yekun vurulub
Almaniya "Nvidia" ilə süni intellekt layihəsinə yüz milyonlarla avro yatıracaq
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Tramp narkokartellərə qarşı quru əməliyyatlarının gücləndiriləcəyini açıqlayıb
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
Çin İrana hərbi yardım göstərməsi barədə iddiaları təkzib edib
Tramp Senata namizəd Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib
Meksika turistlərdən 9 dollar vergi alacaq
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
The Economist: PURL proqramının dayandırılması Ukraynanın infrastrukturunun müdafiəsini çətinləşdirəcək
Putin: Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları ciddi ziyan vurmayıb
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır
Prezidentin sosial şəbəkə hesablarında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-5
CNN: Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketləri tükənib
İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dövlət başçısının AŞ və AP-ni beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri adlandırması təsadüfi deyil - RƏY
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
Deputat: Prezident AQEM-in VII Zirvə Görüşündə Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyətini gündəmə gətirib
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
İsveçin məşhur geyim brendi "H&M" Azərbaycanda ilk mağazasını açacaq - VİDEO
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib - FOTO
Bakıda 15 istiqamətdə sıxlıq var
Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Jurnalist Aleksandr Nevzorov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib
Dağıstan Respublikasına yeni rəhbər seçilib
“Atəşgah” Sığorta və Liv Bona Dea Hospital arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Paytaxtda 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib
Kobaxidze Ermənistana səfər edib
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Ekspert: Məktəblərdə geyim qaydaları ilə bağlı qərarı dinə qarşı siyasət kimi təqdim etmək düzgün deyil
Papuaşvili: Aİ Gürcüstanla münasibətlərdə pozucu mövqe tutur
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib sayır
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb