Azərbaycanda manatla pul bazasının həcmi tarixi rekordu yeniləyib

Azərbaycanda manatla pul bazasının həcmi tarixi rekordu yeniləyib
# 01 noyabr 2021 14:31 (UTC +04:00)

Oktyabrda Azərbaycanda manatla pul bazası 0,8% artaraq noyabrın 1-nə 14,621 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən verdiyi xəbərə görə, sözügedən göstərici ilin əvvəli ilə müqayisədə isə 7,8% artıb.

Qeyd edək ki, pul bazasının hazırkı səviyyəsi yeni tarixi maksimum sayılır.

Xatırladaq ki, AMB-nin sədri Elman Rüstəmov son faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında bildirmişdi ki, pul bazasının genişlənməsinin qarşını almaq üçün ilin sonuna sterilizasiya əməliyyatlarını aktivləşdirmək nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR