Bank Of Baku

Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün “Ağ Sənəd” hazırlanır

Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün “Ağ Sənəd” hazırlanır
# 07 avqust 2025 17:45 (UTC +04:00)

Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün “Ağ Sənəd” hazırlanır.

APA-Economics” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) əməkdaşları arasında onlayn görüş keçirilib.

Görüşdə çıxış edən AMFA-nın beynəlxalq eksperti Nazim Əliyev bildirib ki, 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanıb. Qeyd edilib ki, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyəti, əsas çağırışları və inkişaf istiqamətləri üzrə təhlilləri əhatə etməklə sahənin dayanıqlı və inklüziv inkişafına dəstək verəcək.

Görüşdə mikromaliyyə sektorunun rəqəmsal dövrdə inkişaf imkanları, eləcə də gənclərin və startapların dəstəklənməsi üçün yeni maliyyə mexanizmləri müzakirə olunub. Tərəflər bu sahədə innovativ yanaşmaların və koordinasiyalı tədbirlərin əhəmiyyətini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR