Paşha Bank
Bank Of Baku

Azərbaycanda Milli Ödəniş Sistemi vasitəsilə bu il 150 mlrd. manatlıq ödənişlər həyata keçirilib

Azərbaycanda Milli Ödəniş Sistemi vasitəsilə bu il 150 mlrd. manatlıq ödənişlər həyata keçirilib
# 21 oktyabr 2021 17:48 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 149,293 mlrd. manat, sayı isə 52,05 mln. ədəd təşkil edib

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azalıb.

Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 125,442 mlrd. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 11,4% azdır.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə yanvar-sentyabrda 23,851 mlrd. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 19,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR