Bank Of Baku

Azərbaycanda Norveçə məxsus kredit təşkilatının hesabatı açıqlanıb

Azərbaycanda Norveçə məxsus kredit təşkilatının hesabatı açıqlanıb
# 18 aprel 2023 12:31 (UTC +04:00)

“Viator Mikrokredit Azərbaycan” bank olmayan kredit təşkilatı 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Viator Mikrokredit Azərbaycan”ın xalis mənfəəti 12.9% artaraq 148,7 min manat təşkil edib.

Hesabat dövründə təşkilat müştərilərə 6 milyon 265,5 min manat(2021-ci illə müqayisədə 2.1% çox) kredit verərək 1 milyon 521,1 min manat (2021-ci illə müqayisədə 11.1% çox) faiz gəliri əldə edib. Bu dövrdə təşkilatın xalis faiz gəlirləri 1 milyon 364.2 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 3.9% çoxdur.

2022-ci ildə təşkilatın cəmi aktivləri əvvəlki illə müqayisədə 7.2% artaraq 7 milyon 164.2 min manata bərabər olub. Öhdəlikləri isə 14.2% artaraq 2 milyon 655.6 min manata yüksəlib.

2023-cü il yanvar ayının 1-nə “Viator Mikrokredit Azərbaycan”ın cəmi kapitalı 4 milyon 508.5 min manat təşkil edib ki, bu da illik müqayisədə 3.4% artım deməkdir.

Viator Mikrokredit Azarbaycan" MMC 30 dekabr 2002-ci il tarixində qeydiyyatdan keçib və 31 dekabr 2022-ci il tarixinə təşkilatın paylarının 100% hissəsi Viator AS(Norvec Krallığı) təşkilatına məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR