Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 3% azalıb.