Azərbaycanda problemli kreditlər 22%-dən çox azalıb

Azərbaycanda problemli kreditlər 22%-dən çox azalıb
# 27 fevral 2024 15:04 (UTC +04:00)

Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR