Bank Of Baku

Azərbaycanda problemli kreditlər son bir ildə 8% azalıb

Azərbaycanda problemli kreditlər son bir ildə 8% azalıb
# 22 avqust 2024 11:36 (UTC +04:00)

Bu il avqust ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2 milyon manat artaraq 453.7 milyon manata yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb.

Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR