Bu ilin dekabrın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 786,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,6%, illin əvvəlindən isə 12% azalıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə problemli kreditlərin həcmi 14,8% azalıb.
Sözügedən kreditlərin ümumi portfeldəki payı noyabr ayında 1,4 faiz bəndi azalaraq 4,7% təşkil edib. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 2,7 faiz bəndi azalıb.