Bu ilin aprelin 1-nə Azərbaycanda pul bazası 17 milyard 688.9 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 23,2% çoxdur.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, pul bazası martın 1-nə olan göstərici ilə müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən isə 1,3 % artıb.