Bank Of Baku

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 6,6% artıb

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 6,6% artıb
# 30 avqust 2019 10:22 (UTC +04:00)

Bu ilin iyul ayının sonuna Azərbaycanda geniş pul kütləsinin həcmi 25 642,3 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 358,1 mln. manat və ya 1,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 1 581,9 mln. manat və ya 6,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 914,3 mln. manat və ya 12,8% artıb.

Cari ilin iyulun sonuna ölkədə manatla geniş pul kütləsinin həcmi 16 182,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 347,9 mln. manat və ya 2,2%, ilin əvvəlindən 1 538,6 mln. manat və ya 10,5%, son bir ildə isə 2 535 mln. manat və ya 21,2% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR