Bank Of Baku

Azərbaycanda "Yaşıl Kart" üzrə toplanmış sığorta haqları 15% artıb

Azərbaycanda "Yaşıl Kart" üzrə toplanmış sığorta haqları 15% artıb
# 30 iyul 2019 18:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun atlarında Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərən sığortaçılar tərəfindən 18 837 sığorta şəhadətnaməsinin satışı həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Yaşıl Kart” beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 1 359 162 manat təşkil edib ki, bu da illik müqayisədə 15%-lik artım deməkdir.

Hesabat dövründə sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artaraq 219-a yüksəlib.

Cari ilin ilk yarısında İSB tərəfindən “Yaşıl Kart” sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 iş üzrə icraat davam etdirilib. İcraatda olan işlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% azalma müşahidə olunub ki, bu da öz növbəsində Büronun “Yaşıl Kart” sistemi çərçivəsində hadisələr üzrə sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.

Qeyd edək ki, hazırda “Yaşıl Kart” sığorta növü üzrə İSB -nin iştirakçıları olan 12 sığorta şirkəti fəaliyyət göstərir.

Xatırladaq ki, “Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən, “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR