Bank Of Baku

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
# 07 mart 2024 11:18 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 454,6 min manatdan, yaxud 14,7%-dən çoxdur.

"APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 96.808 ədəd yeni nəsil (NKA) quraşdırılıb.

Qeyd edilib ki, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR